AZ

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI... İDDİA/VİDEO

Bu günlərdə Göyçay Peşə Liseyində rəzalət yaşanır. Belə ki, məktəbin direktor əvəzi xanım ona həvalə edilən vəzifəni dua-cadu ilə icra etməyə əl atıb. Bu barədə məlumatı verən müəllim və valideynlərin dediyinə görə, 2022-ci ildə Göyçay Peşə liseyinin direktoru Zaur müəllim qəfil tutduğu vəzifədən azad edilir və direktorun vəzifə səlahiyyətləri müvəqqəti olaraq direktorun xanım müavininə həvalə edilir. (Etika naminə xanımın adını yazmıram ). Peşə liseyinin direktor səlahiyyətlərini icra etməyə başlayan xanım müavin peşə liseyinə yeni direktorun təyin edilməsini yubatmaq məqsədi ilə müsəlmansayağı (daha doğrusu cahilsayağı) metoda əl atır. İlk növbədə Nazirlik əməkdaşlarının dilini-ağzını bağlatmaq üçün qara maqiyaya əl atır. Xanım “direktor” məqsədinə çatmaq üçün müəyyən pul müqabilində Bakıda yəhudi və rus cadugarlarına üz tutur və onlardan kömək istəyir. Həmin cadugərlər də xanım direktora kimlərin dilini-ağzını bağlatmaq istəyirsə onların şəklini gətirməsini deyirlər. Xanım “direktor” da peşə liseyində özü üçün “arzu olunmaz şəxslər” hesab etdiyi bir neçə vəzifəli işçilərin fotosunu cadugarlara çatdırır. Cadu pitik üçün lazım olan bütün “materiallar” hazır olduqdan sonra xanım “direktor” “əl-ayağına dolaşan” işçilərin dilini-ağzını “bağlatdığı” və əqidələrini “korlatdığı” hazır məhsulları məktəbin həyətində basdırıb. Hal şahidləri deyirlər ki, basdırıldığı yerdən qazılıb çıxarılan cadu-pitiklər qoyun və keçi buynuzunun içində idi və həmin cadular liseyin 6 nəfər işçisinin şəkilinin arxasına yazılıbmış. Cadu-pitiklərin saxladığı buynuzun içində bir neçə düyünlənmiş rəngbərəng saplar, iynə, mismar daha nə bilim nələr, nələr, nələr….
TEREF yazır ki, saytyımızın poçtuna daxil olmuş məqalədə müəllif Göyçay Peşə Liseyində cərəyan edən biabırçılıqlardan söz açıb. Müəllif faktlara müraciət edərək daha sonra yazır:
Xanım “direktorun” cadugarlığından hirslənən pedoqoji kollektiv təcili olaraq 03 may 2024-cü il tarixdə ilk həmkarlar təşkilatının iclasını çağıraraq, peşə məktəbində baş verən bu rəzaləti müzakirəyə çıxarıb. Əksər müəllim və digər işçilərin iştirak etdiyi iclasda çıxış edənlər xanım “direktorun” bu hərəkətlərini kəskin qınayıb və onun bu vəzifədən azad olunması üçün qərar qəbul edərək, həmin qərarı Peşə Təhsili üzrə Dövlət Agetliyinə göndəriblər.
Məlumatı bizimlə bölüşən müəllmlər onu da bildirdi ki, G.Ə işçilərə yazılan premiyaları əllərindən təhditlə alıb. İstehsalat təlim ustalarından işdə qalmaları üçün külli miqdarda pul tələb edib. Hətta bu məbləğin Peşə təhsili agentliyindən istədiklərini əsas gətirib. Bir sözlə artıq bir müddətdir ki, peşə məktəbində rüşvətxorluq baş alıb gedir.
Maraqlıdır, görəsən Peşə Təhsili üzrə Dövlət Agentliyi nəyə görə iki tədris ilidir ki, Göyçay Peşə Liseyinə direktor təyin etmir???? Bəlkə doğurdan da həmin liseyə müvəqqəti olaraq direktor səlahiyyətinin icrası həvalə edilmiş xanım “direktorun” magiyası işə düşüb, onların da dilini-ağzını bağlada bilib???
TEREF olaraq Göyçay Peşə Liseyi ilə əlaqə yaradmaq istəsəkdə zənglərimizə cavab verən olmadı. Redaksiyamız qarşı tərəfində mövqeyini dərc etməyə hazırdır!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
yenigundem.az

1Mənbələr