AZ

Ərdoğan ABŞ səfərinin təxirə salınmasının səbəbini açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin və prezident Co Baydenlə görüşün təxirə salınmasının səbəbini hər iki tərəfin qrafiklərinin uyğunsuzluğu ilə əlaqələndirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Yunanıstanın “Katimerini” qəzetinə müsahibəsində bildirib.

Ərdoğan əvvəlcə mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırsa da, səfər daha sonrakı tarixə təxirə salınıb. Səfərin təxirə salınması Yunanıstan mətbuatında geniş müzakirə olunub və bir jurnalist Türkiyə liderindən vəziyyətə aydınlıq gətirməsini istəyib.

“Bizim ABŞ-a səfərimiz hər iki tərəfdən uyğun olmayan qrafiklər səbəbindən təxirə salındı. Bildiyiniz kimi, ABŞ seçkilər ərəfəsindədir və cənab Baydenin iş qrafiki daha da gərginləşib”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankara və Vaşinqton indi hər iki tərəf üçün əlverişli olacaq yeni tarixi müzakirə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
32
nocomment.az

10Mənbələr