AZ

"Avroviziya-2024"ün qalibi qazandığı mikrofonu SINDIRDI - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin isveçrəli qalibi Nemo şounun bağlanış mərasimində çıxışı zamanı ehtiyyatsızlıqdan qazandığı şüşə mikrofonu səhnədə sındırıb.

Bizim.Media xəbər verir ki, ifaçı şəffaf şüşədən hazırlanan klassik mikrofon tərzdə olan əl işini səhnədə yerə qoyarkən iki hissəyə ayrılıb.

Bu hadisə anbaan müsabiqənin canlı yayımında nümayiş olunub. Qırıq hissələri Nemo əlində tutaraq ayağa qalxıb.

Qeyd edək ki, İsveçrə Malmö şəhərində keçirilən mahnı müsabiqəsində Nemonun “The Code” mahnısı ilə 591 xalla qalib olub. O, münsiflər heyətindən 365 bal və izləyicilərdən 226 xal toplayıb.
 

Rəşad Əliyev, Bizim.Media

Seçilən
123
4
1

1Mənbələr

Şərh ()
Bağla