AZ

“Toyota” təcili yardımla toqquşdu:8 nəfər ...  - VİDEO

Rusiyanın Belqorod şəhərində iki minik avtomobilinin və təcili tibbi yadım maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Popov küçəsi ilə Belqorod prospektinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Toyota Avensis” markalı minik avtomobili “həyəcan” siqanlını yandıraraq “Qazel” marklı təcili tibbi yardım maşını ilə toqquşub. Zərbənin şiddətindən “Qazel” aşıb və sürüklənərək “Toyota” ilə birgə “Peugeot”ya çırpılıb. Nəticədə biri azyaşlı olmaqla, 8 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
avtosfer.az

1Mənbələr