AZ

Yunanıstanın baş naziri sabah Türkiyəyə səfər edəcək

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis sabah Türkiyəyə səfər edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Qeyd edilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Miçotakisi Ankarada qəbul edəcək. Səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, məqsəd iqtisadiyyat, nəqliyyat, elm və texnologiya, kənd təsərrüfatı və turizm başda olmaqla, əlaqələrin müxtəlif sahələrində birgə fəaliyyət planlarını davam etdirməkdir.

Sadələşdirilmiş viza proseduru, qeyri-qanuni miqrasiya və terrorla mübarizə də müzakirə mövzuları arasındadır.

Türkiyə ilə Yunanıstan arasında 6 milyard dollara yaxınlaşan ticarət həcmi var. Yunanıstan baş nazirinin səfəri zamanı ortaq hədəflər çərçivəsində bu həcmi 10 milyard dollara çatdırmaq üçün atılacaq addımlar da dəyərləndiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
operativmedia.az

3Mənbələr