AZ

Qəzzada atəşkəs girovların azad edilməsindən sonra baş verəcək - Bayden

"Həmas girovları azad etsə, sabah atəşkəs olacaq" - Bayden

Moderator.az TASS - a istinadla xəbər verir ki, atəşkəs Qəzza zolağında HƏMAS hərəkatının girovları azad etməsindən sonra başlayacaq.

Bu fikri ABŞ prezidenti Co Bayden Vaşinqton ştatında yenidən seçkiqabağı kampaniyası üçün maliyyə toplama tədbirində deyib.

"Düşünürəm ki, mən İsraillə bağlı bütün bunlara qarışmamalıyam.Mən getmək istəmirəm" - deyə Co Bayden bildirib.

Qeyd edək ki, müvəqqəti humanitar atəşkəs 2023-cü il noyabrın sonlarında bir həftəlik qüvvədə olub. O, dekabrın 1-də pozulub və Qəzzada hərbi əməliyyatlar indiyədək davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
1
moderator.az

2Mənbələr