AZ

Konfrans Liqasının finalı Macarıstana keçirilə bilər

Konfrans Liqasının Yunanıstanın paytaxtı Afinanın “Ayya-Sofiya” stadionunda keçirilməsi nəzərdə tutulmuş finalı Macarıstana keçirilə bilər.

Arena.az bu barədə NS-INFO dərgisinə istinadən məlumat verir.

Bildirilir ki, yerli hüquq-mühafizə orqanları azarkeşlərin təhlükəsizliyinə zəmanət verə bilmədiyi üçün, Konfrans Liqasının Afinadakı “Ayya-Sofiya” stadionunda keçirilməsi nəzərdə tutulmuş finalının bu məkanda keçirilməsi sual altına düşüb.

Bu səbəbdən turnirin finalı Macarıstanın paytaxtı Budapeştin “Puşkas Arena” stadionunda keçirilə bilər. Hazırda Yunanıstanda siyasi vəziyyətin qeyri-sabit olduğu vurğulanır. Bu da əlavə təhlükəsizlik təhdidlərinin yaranmasına təsir göstərə bilər.

Xatırladaq ki, Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün final qarşılaşmasında Yunanıstan təmsilçisi Pirey “Olimpiakos”u ilə İtaliya təmsilçisi “Fiorentina” üz-üzə gələcəklər. Oyun may ayının 29-da keçiriləcək. Hakimin başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
arena.az

1Mənbələr