AZ

Mahir Emreli Xorvatiyada çempion oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan millisinin vingeri Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionu olub.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi ölkə çempionatının 34-cü turunda "Osiyek"ə qalib gələrək 78 xalla liderliyini möhkəmləndirib və sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Mahir Emreli "Osiyek"lə matçda sona kimi ehtiyatda qalıb.

Mİllimizin futbolçusu "Dinamo"ya 2022-ci il fevral ayında keçib. O, 2026-cı il iyunun 30-na qədər Xorvatiya nəhənginə məxsusdur.

Seçilən
129
2
1

1Mənbələr

Şərh ()
Bağla