AZ

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Qəbələ” doğma meydanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gələcək.

Turun son matçı isə avrokuboklara digər iddialı “Sumqayıt”la “Səbail” arasında baş tutacaq.

Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1),  “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” isə “Zirə”yə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
34-cü tur

12 may

“Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
1
futbolinfo.az

7Mənbələr