AZ

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Elxan Məmmədovun dünən birdən-birə Mərdəkanda peyda olması sosial şəbəkədə ciddi müzakirə olundu. AFFA-nın vitse-prezidenti postundan qovulandan sonra FIFA-dakı kreslosundan yapşımaq məcburiyyətində qalan bu adamın Bakıya dönüşü onun hansısa məkrli planı həyata keçirməyə gəlməsi şübhəsi yaratdı.

Parisdə əyləşən Məmmədov yenə təhqirlərlə, tənqidlərlə qarşılandı. Adamın xisləti bəllidir, personası ikrah doğurur və o qədər bərbad imici var ki, kimsə haqqında xoş söz söyləmir. Ona görə də ekranlara gəlincə yenə hamı ürəyini boşaltdı.

Elxan təbii ki, Bakıya rəsmi qonaq kimi gəlməyib. Ona görə də onu “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında fəxri yox, ev sahibi klubu rəhbərliyinin sıradan qonağı kimi gördük. FIFA tərəfindən göndərilməyən Məmmədov, sadəcə, Azərbaycandakı biznesini yoxlamağa gəlmiş biri kimi qəbul edildi. Onun “CBC Sport” tərəfindən ekrana gətirilməsi isə bu kanalın hələ də şəxsiyyətə pərəstişlə məşğul olduğunu, Volkan Üstün ağasına sadiqliyini göstərdi. AFFA rəhbərliyi də dərsini almalı, bu kanalın hələ də Elxan tərəfindən idarə olunduğunu görməlidir.

AFFA-da maliyyə yoxlamaları davam edir, yenilər Məmmədovun dəstəsinin təkcə ötən il “digər xərclər” adı ilə yoxa çıxardığı 4-5 milyon manatı tapa bilmir. Ümid edək, Elxanı Mərdəkandan Kürdəxanıya aparacaq sorğu-sualı aparmaq, hesabat istəmək üçün uyğun şəraitdir, gəlmişkən onu məşhər ayağına çəkmək olar.

ABBAS

Seçilən
103
1

1Mənbələr

Şərh ()
Bağla