AZ

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Hər frazeoloji ifadənin, el məsəlinin arxasında mütləq unudulmuş bir fakt dayanır.

Lent.az-ın "Belə yaranıb" rubrikasında bu gün təqdim edəcəyi "həftə səkkiz, mən doqquz" ifadəsi də istisna təşkil etmir. Bu fikir necə dildən-dilə düşüb ondan bəhs edəcəyik.

Bu məsəl qədimdə bir çox xalqların istifadə etdiyi 8 günlük iş həftəsindən qaynaqlanır.

İndi istifadə etdiyimiz 7 günlük həftənin tarixçəsi "Bibliya"ya və qədim yəhudi ənənələrinə əsaslanır. Qədim şumerlər və babillər də 7 günlük həftədən istifadə edirdilər.

Qədim romalılar etrusklar isə həftəni 8 gün hesablayırdılar. 7 gün iş gün olurdu, 8-ci gün isə bazar ( alış-veriş günü) elan edilirdi. Bazara getmək bayram sayılır, insanlar üst-başlarını səliqəyə salırdılar.

Qədim Romada bazar günləri sonralar böyük qonaqlıqlarla da diqqət çəkməyə başladı. Həftənin səkkizinci günlərini mütləq şəkildə bayrama çevirənlər daha bəxtiyar xoşbəxt, arsız, dərdsiz-qəmsiz adamlar sayılırdılar. "Həftə səkkiz, mən doqquz" deyəndə bir adam üçün həftənin sonu da, əvvəli də bayramdır demək başa düşülürdü. Tez-tez bayram edir mənasında işlədilirdi. Sonradan bir qədər ironik məna alaraq, tez-tez təkrarlanan bütün hadisələr barədə bu ifadə işlədilməyə başladı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
67
3
1

1Mənbələr

Şərh ()
Bağla