Bakı. Trend:
Xorvatiyanın Zadar şəhərində karate üzrə Avropa çempionatı davamedir.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, Azərbaycan millisi yarışda ilk medalınırəsmiləşdirib.
Yığmamızın heyətində Hüseyn Məmmədli (67 kq) fəxri kürsünün 3-cüpilləsinə yüksəlib.
Qeyd edək ki, yığmamızın 4 parakarateçi Avropa çempionatınınfinalına vəsiqə qazanıb. Emiliya Mitlinova, Vidadi Xalıqov, EldarƏhmədov və Nihat Məmmədzadə qitə birinciliyində qızıl medallaruğrunda mübarizə aparacaqlar. Ariana Mitlinova isə 3-cu yer uğrundagörüşə çıxacaq.