AZ

İsrail Baş Qərargah rəisi Netanyahunu tənqid edib

Bakı. TurkicWorld:

İsrail Baş Qərargah rəisi Herzi Halevinin Baş nazir Benyamun Netanyahunu Qəzzada "strateqiyanın olmaması"na görə tənqid edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, o Qəzzaya hücumlardan sonra hökumətin bölgəni kimin idarə edəcəyi ilə bağlı strategiyası olmadığı üçün ordunun bəzi bölgələrə yenidən hücum etdiyini ifadə edib.

“Netanyahu HƏMAS-dan başqa bir hökumət qurmaq üçün bir addım atmasa, başqa yerlərdə hücumları təkrarlamalı olacaq” – deyə Halevi qeyd edib.

Məlumat üçün qeyd edək ki, Rəfah şəhərində və Qəzza zolağının şimalındakı bir çox bölgədə fələstinlilərin təyin olunmuş “təhlükəsiz bölgələrə” getmələrini xahiş etməsindən sonra İsrail ordusu Qəzza zolağının bütün şəhərlərində eyni vaxtda quru və hava hücumlarını genişləndirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
267
50
turkic.world

10Mənbələr