AZ

Alimlərdən  diqqətçəkən tədqiqat: Xərçəngə tutulanların  40 faizi piylənmə ilə bağlıdır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İsveçdə 4,1 milyon insanla aparılan araşdırmada xərçəngə tutulanların 40 faizinin artıq çəki ilə əlaqəli olduğu müəyyən edilib.
Sherg.az xəbər verir ki, Hindustan Times-ın məlumatına görə, İsveçin Malmö şəhərindəki Lund Universitetinin alimləri təxminən 40 il ərzində 4,1 milyon insanın məlumatlarını araşdırıblar.

Piylənmənin artan təhlükəsini göstərən yeni araşdırmada elm adamları artıq çəki ilə əlaqəli xərçənglərin sayının eksponent olaraq artdığını ortaya qoyublar.

Tədqiqatda 32 xərçəng növü obezite ilə əlaqəli olduğu halda, bunlardan ən diqqət çəkəninin döş, bağırsaq, uşaqlıq və böyrək xərçəngi olduğu qeyd edildi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1 milyarddan çox insan piylənmə ilə yaşayır və uşaq və yeniyetmələrdə piylənmə halları 1990-2022-ci illər arasında 4 dəfə artıb.
Seçilən
159
1
1

1Mənbələr

Şərh ()
Bağla