AZ

Arda Turan hədəfini açıqladı! “Klubun  haqqını verməyə çalışacağıq”

Trendyol 1-ci Liqasında çempion olan "Eyüpspor"un çalışdırıcısı Arda Turan  mətbuat nümayəndələrinə diqqətçəkən açıqlamalar verib.

 Sherg.az xəbər verir ki, bir çox rekordlar qıraraq xoşbəxt olduğunu deyən Turan deyib: "Liqanın ikinci həftəsində liderliyi ələ keçirdik. Allaha şükür ki, bu gün də lider kimi bitirdik. Komandamda  hər kəsə çox təşəkkür edirəm,  bu ölkədə çoxlu böyük komandalar yaranıb. Amma bir yerdən başqa yerə gedə bilməyən və buna görə də çempion ola bilməyən çoxlu komandalar var. Bəzi ifadələr taktikadan, sistemdən və işdən əvvəl gəlməməlidir, buna görə də komandamla və oyunçularımla fəxr edirəm . "Eyüpspor"a xeyirli olsun. İnşallah, Super Liqada da bu klubun  haqqını verməyə çalışacağıq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
sherg.az

1Mənbələr