AZ

A Seriyası: “Napoli” “Bolonya”ya uduzdu, “Milan” qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Napoli” doğma meydanda “Bolonya” ilə qarşılaşıb. Neapol təmsilçisi uğurlu mövsüm keçirən rəqibinə 2 cavabsız qolla uduzub.

“Milan” isə doğma meydanda “Kalyari”yə 5:1 hesabıyla qalib gəlib.

Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
36-cı tur
10 may

Frozinone – İnter 0:5
Qollar: Frattezi, 19. Arnautoviç, 60. Buçanan, 77. Lautaro Martines, 80. Türam, 84.

11 may

Napoli – Bolonya 0:2
Qollar: Ndoye, 9. Poş, 12.

Milan – Kalyari 5:1
Qollar: Bennaser, 35. Pulişiç, 59; 86. Reynders, 74. Leao, 83 – Nandes, 63.

12 may

14:30. Latsio – Empoli
17:00. Cenoa – Sassuolo
17:00. Verona – Torino
20:00. Yuventus – Salernitana
22:45. Atalanta – Roma

13 may

20:30. Leççe – Udineze
22:45. Fiorentina – Montsa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
43
arena.az

10Mənbələr