AZ

İsrail Qəzzada yeni əməliyyata başladı

İsrail ordusu HƏMAS silahlılarının bu şəhərə qayıtmasının qarşısını almaq üçün Qəzza zolağının şimalındakı Cəbəliyədə yeni əməliyyata başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari brifinq zamanı məlumat verib.

“Biz son həftələrdə HƏMAS-ın Cəbəliyyədə hərbi potensialını bərpa etmək cəhdlərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün bölgədə əməliyyat keçiririk”, - deyə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

Dəqiqləşdirilir ki, İDF artıq Beyt Hanun və Beyt Lahia bölgələrində İsraillə sərhəddə təhlükəsizlik hasarının yaxınlığında əməliyyata başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
publika.az

1Mənbələr