AZ

KİV: Polis Təl-Əvivdə su şırnaqlarından istifadə edib və üç etirazçını saxlayıb

İsrail polisi Təl-Əvivdə İsraildə növbədənkənar seçkilərin keçirilməsi və Qəzza zolağında saxlanılan girovların vaxtından əvvəl azad edilməsi tələbi ilə keçirilən nümayişdən sonra hökumət əleyhinə aksiyanın üç iştirakçısını saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, Təl-Əvivin mərkəzindəki Müdafiə Nazirliyi kompleksində bir neçə min insanın iştirak etdiyi nümayiş başa çatdıqdan sonra hökumət əleyhinə aksiyanın onlarla iştirakçısı Ayalon şossesində nəqliyyatın hərəkətini bağlayıb. Polis su şırnaqlarından istifadə edib, atlı polislər isə nümayişçiləri yolun kənarına sıxışdırıb.

Qeyd edək ki, mayın 9-da Qahirədə Qəzza zolağında atəşkəs rejiminin yaradılması üzrə danışıqların növbəti mərhələsi başa çatıb. Əl-Qahirə Əl-İxbariyyə telekanalının verdiyi məlumata görə, tərəflər mübahisəli məsələlərdə konsensus əldə etmədən Qahirəni tərk ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
ikisahil.az

1Mənbələr