AZ

ABŞ Rəfah üçün bu addımı atacaq

ABŞ prezidenti Co Baydenin administrasiyası maraqlı təklif irəli sürüb. Əgər İsrail Rəfah şəhərinin işğalından imtina etsə, ABŞ ona Fələstin HƏMAS hərəkatının liderlərinin yeri ilə bağlı məxfi kəşfiyyat məlumatlarını təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bayden administrasiyası İsrail hücumdan çəkinərsə, ona dəyərli kömək təklif edir”, – nəşr yazır.

ABŞ rəsmiləri həmçinin minlərlə sığınacaq şəklində yardım vəd edib ki, İsrail çadır şəhərcikləri tiksin və qida, su və dərman çatdırılması sistemlərinin qurulmasına kömək etsin.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
teleqraf.com

10Mənbələr