AZ

Mariya Stadnik: Hisslərim izaholunmazdır

Mariya

Bakı, 12 may, AZƏRTAC

Hisslərim izaholunmazdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın qadın güləşçisi Mariya Stadnik deyib.

Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı nəticə ilə bağlı xoşbəxt olduğunu bildirib: "Hisslərim izaholunmazdır. 5-ci dəfə Olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım. Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb görərik".

Azərbaycanın digər qadın güləşçiləri - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə lisenziya qazana bilməyiblər.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
7
azertag.az

8Mənbələr