AZ

Tbilisidəki Avropa meydanında on minlərlə insanın iştirak etdiyi mitinq başa çatıb

Tbilisidə Avropa meydanında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı on minlərlə insanın iştirak etdiyi nümayiş başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar ərazini tərk edirlər.

Bundan əvvəl təşkilatçılar səhnədən nümayişçiləri sabah saat 22:00-da parlamentə gəlməyə çağırıb.

Onlar mitinq iştirakçılarını sabaha xüsusi hazırlaşmağa çağırıblar, xüsusən də onlara gecə ərzində yağış paltarı, telefon yükləmə cihazı, su və lazım olan bütün ləvazimatları gətirməyi tapşırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
2
report.az

3Mənbələr