AZ

Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhinə keçirilən mitinq insidentsiz başa çatıb - FOTO - YENİLƏNİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tbilisidə vətəndaş cəmiyyəti təşkilatları hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanunu əleyhinə genişmiqyaslı mitinq keçirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, əllərində Avropa İttifaqı və Gürcüstan bayrağını tutan on minlərlə etirazçı şəhərin müxtəlif nöqtələrindən Avropa meydanına yürüş ediblər.

Yürüş səbəbilə şəhərin mərkəzi hissəsi də daxil olmaqla bir sıra küçə və prospektlərdə, Kür çayının sağ və sol sahilində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ictimai nəqliyyatın işində ciddi fasilələr yaranıb.

Avropa meydanına toplanan aksiyaçılar “Avropaya hə, Rusiya qanununa yox”, “Güc birlikdədir, Güc Avropadadır” kimi müxtəlif şüarlar yazılmış bannerlər tutublar.

Əraziyə quraşdırılmış səhnədə çıxışlarla yanaşı konsert də təşkil edilib.

Təşkilatçılar mayın 13-də deputatların parlamentə daxil olmasına və Hüquqi Məsələlər Komitəsində qanun layihəsinin üçüncü oxunuşda müzakirə edilməsinə imkanı verməmək üçün sabah parlamentin qarşısına gəlmək və gecə boyunca ərazidə qalmaqla bağlı çağırış ediblər.

Bugünkü mitinq saat 23:00 radələrində insidentsiz başa çatıb.

Etirazçıların bir hissəsi parlament binasının qarşısına gələrək Rustaveli prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

***

Saat 21:01

Tbilisidə vətəndaş cəmiyyəti təşkilatları hakim partiyanın təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə növbəti genişmiqyaslı etiraz aksiyası keçirirlər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, şəhərin dörd ayrı nöqtəsinə toplanan minlərlə etirazçı hazırda Avropa meydanına doğru yürüş edirlər.

“Rusiya qanununa yox” şüarı səsləndirən yürüş iştirakçıları Kür çayının sağ və sol sahilində nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

Yürüşə müxtəlif müxalif partiyaların nümayəndələri də qoşulublar.

Aksiya səbəbilə Avropa meydanı da daxil olmaqla şəhərin müxtəlif nöqtələrinə polis bölmələri səfərbər edilib.

Tbilisidə Tbilisidə Tbilisidə Tbilisidə Tbilisidə Tbilisidə Tbilisidə
Seçilən
98
1

1Mənbələr

Şərh ()
Bağla