AZ

Karateçilərdən Avropa çempionatında 3 medal

Azərbaycan karateçimiz Hüseyn Məmmədli (-67 kq) Avropa çempionatının bürünc medalını qazanıb.

Rekord.az xəbər verir ki, baş məşqçi Şahin Atamovun yetirməsi bu uğura Xorvatiyanın Zadar şəhərində keçirilən sayca 59-cu qitə çempionatında imza atıb.

Qeyd edək ki, komandamız yarışa AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Azərbaycan parakarateçiləri Emilya Mitlinova və Nihat Məmmədzadə isə Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar. Baş məşqçi Rənad Əliyevin yetirmələri sayca 59-cu qitə çempionatını ikinci pillədə başa vurublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
rekord.az

2Mənbələr