AZ

Gürcülər “xarici agentlər haqqında” qanuna görə yenidən küçələrə çıxdılar

Gürcüstanın paytaxtı Tiflisdə növbəti etiraz aksiyası keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, minlərlə etirazçı paytaxtın Avropa meydanına doğru yürüş edir.

 

Aksiyaçılar “Rusiya qanununa yox” şüarı səsləndirirlər.

 

Polis yol boyu insanların hərəkətinə hələlik mane olmayıb.

 

Xatırladaq ki, aprelin 15-dən Tbilisidə müxalifət və vətəndaş fəalları “xarici agentlər haqqında” qanunun qəbuluna qarşı mitinqlər keçirir. Bir neçə dəfə nümayişlər təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilib; xüsusi təyinatlılar Gürcüstan parlamenti yaxınlığında etirazçıları dağıtmaq üçün bibər qazı və su şırnaqlarından istifadə ediblər. 

 

Qanunun üçüncü oxunuşda qəbulu gələn həftə gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
senzor.az

2Mənbələr