AZ

"Futbolçularımla fəxr edirəm" - Rəşad Sadıqov

Misli Premyer Liqasının XXXIV turunda "Zirə" "Qarabağ"a 0:1 hesabla uduzub.

Offsideplus.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra baş tutan mətbuat konfransında matçı şərh edib:

"Futbolçularıma təşəkkür edirəm. Meydanda amansız mübarizə apardılar. Nəzərə alaq ki, qarşımızda "Qarabağ" komandası idi. Təəssüflər olsun ki, məğlub olduq. Sona qədər mübarizə apardıq ki, azı 1 xal qazanaq. Lakin futbolçularımla fəxr edirəm. Çempionatda bizi daha 2 oyun gözləyir. Növbəti oyunları düşünəcəyik, fikrimizi bunlara yönəldəcəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
offsideplus.az

1Mənbələr