AZ

Rəşad Sadıqov: "Hakimlik haqda danışmaq istəmirəm, hər şey ortadadır"

"Zirə" Azərbaycan Premyer Liqasının 34-cü turunda öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçulara təşəkkür edirəm. Amansız mübarizə göstərdilər. İstəkli və aqressiv idilər. Yaxşı oyunlarımızdan birini keçirdik, rəqibimiz "Qarabağ" idi. Təəssüf ki, uduzduq. Çalışdıq, hesabı bərabərləşdirmək istədik. Alınmadı. Amma futbolçularımın bugünkü mübarizəsinə, istəyinə, əminliyinə görə fəxr etdim. Belə davam etməliyik. Qarşıda finala bərabər iki oyunumuz var.

- Birinci hissədə hakimlərə etirazınız oldu. Qərarlarla bağlı fikriniz necədir?

- Hakimlik haqda danışmaq istəmirəm. Hər şey ortadadır. Bunun üçün xüsusi mütəxəssis olmağa ehtiyac yoxdur. Məsələ eyni epizodlarda fərqli qərarların olmasındadır. VAR-a çağıran Cavid Cəlilovun "Qəbələ" ilə 5-ci turda VAR-a baxıb, penalti verilmədiyi epizoda baxsınlar. "Qarabağ"la görüşdə Elvin Cəfərquliyevin Məqsəd İsayevə arxadan "podkat" etdiyi epizod necə? O epizodlarda susub, bu epizodda Cavid Cəlilov Əliyar Ağayevi penalti üçün çağırırsa... Bu günün söhbəti deyil. Mövsüm başlayandan belədir.

- Əliyar Ağayev VAR-dan sonra fikrini dəyişən hakimlərdən deyil. VAR-a gedəndə qərarında qalacağına inanırdınız?

- Cavid Cəlilov çağırdı, təəccüblənmədim. Mən də epizoda baxırdım. Əliyarın ilk qərarı penalti deyildi. İnanmırdım ki, gedib qərarını dəyişərək penalti versin. Bir epizodda da Elvin Cəfərəquliyev Hacıağa Hacılıya qarşı kobud oynadı, orada da ikinci sarı vərəqə verilməliydi. Təəssüf ki, olmadı. 

- Digər rəqiblərinizə baxanda, kuboku qazanaraq avrokuboklara gedə bilərsiz. Həmin matçda fərqli taktika görə bilərik?

- Oyuna çox var. İndi kuboku düşünmürük. Qarşıda final matçlarımız var, onları fikirləşirik. Maksimum nəticələrlə ayrılmaq istəyirik.

Mirbağırağa 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
11
sportal.az

7Mənbələr