AZ

İsrail bu bölgədəki əməliyyatı genişləndirmək niyyətindədir - Açıqlama

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İsrail Rəfahdakı əməliyyatı genişləndirmək niyyətindədir. Artıq şəhərin kənar məhəllələrinin boşaldılması barədə xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, İsrail Silahlı Qüvvələrinin ərəb dilli sözçüsü Aviçay Adraee Rəfahın digər bölgələrindəki insanlara Mavasiyaya təxliyə olunacaqlarını söyləyib.

Sosial mediada yayımlanan mesajda Adraee həmçinin Qəzzanın şimalındakı bir sıra bölgələrdəki insanları şəhərin qərbinə doğru hərəkət etməyə çağırıb.

O əlavə edib ki, İsrail ordusu HƏMAS-ın hərbi əməliyyatları bərpa etməyə çalışdığı ərazilərdə əks-hücuma keçəcək. BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyindən verilən məlumata görə, Qəzzadakı təxliyyələr 300 mindən çox insanı əhatə edib.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
84
1

1Mənbələr

Şərh ()
Bağla