AZ

ADU-da “Qrammatika Olimpiadası” müsabiqəsi keçirilib - FOTO

Azərbaycan Dillər Universitetinin Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə, İngilis dilinin qrammatika kafedrası Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü həsr olunmuş İngilis dilinin Praktik və Kommunikativ Qrammatika I fənlərindən Ulu Öndər H.Əliyevin dövlətçilik və gənclər siyasəti haqqında fəaliyyətini əks etdirən “Qrammatika Olimpiadası” müsabiqəsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Müsabiqə Təhsil I və II fakültəsinin 1-ci kurs bakalavr tələbələri arasında təşkil olunub.

İngilis dilinin qrammatikası kafedrasının müdiri dos. Laləndar Ziyadova, rektor köməkçisi i.e.f.d. Anar Osmanov, Təhsil I fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Təhsil II fakültəsinin dekanı dos. Salman Nuriyev olimpiadanı müşahidə edib və yüksək qiymətləndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
tehsil.biz

1Mənbələr