AZ

Günəşdə son yeddi ilin ikinci ən böyük alovlanması qeydə alındı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Alimlər yenidən Günəşdə “X” sinifli alovlanma qeydə alıblar ki, bu da son 7 ildə ikinci ən böyük hadisədir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb. 

“Mayın 11-də Moskva vaxtı ilə saat 14:44-də (Bakı vaxtı ilə 15:44 – red.) 3664 (S18W60) ləkələr qrupunda rentgen diapazonunda 46 dəqiqə davam edən X1.5 alovlanması aşkar edilib. Alovlanma QD-radiorabitəsinin (qısa dalğa – red.) pozulması ilə müşayiət olunub”, – məlumatda deyilir. 

Ümumilikdə, son iki həftə ərzində ən yüksək X sinifinin 12 alovlanması baş verib.

Seçilən
34
18
1

1Mənbələr

Şərh ()
Bağla