AZ

Luka Modriç "Real"dan gedir? - agenti açıqladı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Real"ın yarımmüdafiəçisi Luka Modriçin maraqlarını təmsil edən futbolçu agenti Vlado Lemiç müştərisinin gələcəyi ilə bağlı danışıb.

90deqiqe.Az xəbər verir ki, o, 38 yaşlı futbolçunun gələcəyinin bu həftə bəlli olacağını bildirib.

 "Lukanın "Real Madrid"dəki gələcəyi ilə bağlı hələ heç nə qərarlaşdırılmayıb, lakin bu, gələn həftə bəlli olacaq. "Real Madrid" Modriçin yeri olaraq qalır, ona görə də ən yaxşı həllin nə olduğuna birlikdə qərar verəcəyik".

Xatırladaq ki, Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm xorvatiyalı yarımmüdafiəçi bütün turnirlərdə 42 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.



Seçilən
166
22
1

1Mənbələr

Şərh ()
Bağla