AZ

 Yer üzünün mələkləri...    

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mən həkimləri həmişə belə adlandırmışam: yer üzünün mələkləri!

Çünki onlar Allahla xəstələr arasında bir körpü, bir vasitəçidir,daha dögrusu, Allahın yer üzünə göndərdiyi mələklərdir. Və Ulu Tanrı həkimlərin əlilə xəstə insanları ölümün əlindən xilas edir!   Anam Rəhimə Hüseynov da uzun müddət idi ki, diz ağrılarından əziyyət çəkirdi. Nə qədər mûalicə alsa da heç bir müsbət nəticəsi yox idi. Axır ki, nicat yolu tapdıq.

Qohumumuz, gözəl insan, professor Mûşfiq Həsənov bizi gənc və istedadlı  travmatoloq- ortopet həkim Nicat Səttarova yönəltdi.Anam  Nicat həkimin qəbulunda olandan sonra ümidi daha da ardı. Dedi ki, bu gənc çox sadə və səmimi həkimdir,mən ona inanıram! Ona görə də həkimin təklifini qəbul etdi və dizində cərrahiyyə əməliyyatı aparılmasına razı oldu.  Mayın 10- da  " Medisaytl"  özəl klinikasında  əməliyyata götürüldü. Nicat Səttarov və onun komandası anamın dizində uğurlu əməliyyat apardı.Artıq ikinci gündür ki, anam əməliyyat olunub.

Əməliyyatın uğurlu  keçməsində Nicat həkimlə yanaşı,  anistoloq Arzu Hüseynovun, prosesdə iştirak edənlərin çox böyük zəhməti var! Eyni zamanda Nicat həkimin köməkçisi Günel xanımın, birinci mərtəbədə əyləşən Arzu  xanımın, palatada ona xidmət göstərən həkimlərin və tibb bacılarının zəhməti böyükdür. Xüsusilə də köməçi Günel xanımın səmimiyyəti və sadəliyi bizim yadımızdan  çıxmayacaq! Anam həkim personalına, tibb bacılarına, klinikanın xidmətçılərinə belə öz təşəkkürünü bildirir! Allah mələk sifətli həkimlərimizin qorusun!!!

Emil Faiqoğlu

Seçilən
41
1
1

1Mənbələr

Şərh ()
Bağla