AZ

Azərbaycanı Avropa Liqasında hansı komanda təmsil edəcək?

Azərbaycanı Avropa Liqasında ölkə kubokunun qalibi təmsil etməlidir.

Qayda belə deyir.

Avropa Liqasının birinci mərhələsində mübarizə aparacaq ilk 16 komanda yerli futbol federasiyalarının reytinqi sıralamasında 17-33-cü sıralarda yer alanlar olacaq.

Söhbət 16 komandadan gedirsə, bu, 17-32-ci sıralarda qərarlaşanlara şamil edilməlidir. Sadəcə, 18-ci sıradakı Rusiya avrokuboklara buraxılmadığından, reytinqdə 33-cü ölkəyə icazə verilib.

Məhz bu ölkələrdə ölkə kubokunu qazananlar Avropa Liqasında iştirak imkanı qazanacaqlar.

Azərbaycan 16,625 əmsalla sıralamada 29-cudur. Bu, o deməkdir ki, Azərbaycan kubokunun sahibi Avropa Liqasında mübarizə aparacaq.

İyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək final qarşılaşmasında “Qarabağ”la “Zirə” üz-üzə gələcəyindən, ortaya sual çıxır. Kubokun qalibi “Qarabağ” olacağı təqdirdə Avropa Liqasına “Zirə” qatılacaq?

Xeyr.

Qaydalara əsasən, ölkə çempionatın qalibi ölkə kubokunu da qazanarsa, Avropanın ikinci dərəcəli klub turnirinə yerli çempionatın ikincisi qatılmalıdır.

Bu, o anlama gəlir ki, “Qarabağ” kubokun qalibi olsa, başqa cür desək, “Zirə” finalda uduzsa, Avropa Liqasına vəsiqəni Premyer Liqanı ikinci sırada başa vuran əldə edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
sportinfo.az

1Mənbələr