AZ

Norveç Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Norveç Fələstinin BMT-yə tam üzvlük statusu ilə bağlı müraciətini dəstəkləyib və Baş Assambleyada keçiriləcək səsvermədə lehinə səs verəcək.

"Operativ Media" xəbər verir ki, bunu Norveçin xarici işlər naziri Espen Barth Eide deyib.

"Qətnamənin 143 ölkənin lehinə səs verməsi ilə qəbul edilməsindən çox məmnunuq. İki dövlətli həlli təmin etmək üçün Fələstin dövlətinin qurulması zəruridir", - o bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasında dünən keçirilən səsvermədə Fələstinin BMT-yə üzvlüyünün BMT Təhlükəsizlik Şurasında yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqların verilməsini tələb edən qətnamə layihəsi qəbul edilib.

Qərarda Fələstinin BMT Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq BMT-yə üzvlük kriteriyalarını yerinə yetirdiyi və buna görə də BMT-yə üzv qəbul edilməli olduğu vurğulanıb.

Fələstin 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi ala bilməyib. Fələstin 2012-ci ildə BMT-də “daimi müşahidəçi statusu” qazanıb.

Seçilən
54
1

1Mənbələr

Şərh ()
Bağla