AZ

Parataekvondoçumuz ardıcıl ikinci dəfə Avropa çempionu olub

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, K-44 kateqoriyasında çıxış edən yığma üzvü finalda Fatih Çeliki məğlub edib.

O, həlledici görüşədək Austin Osner (ABŞ) və Giorgi Nikoladzedən (Gürcüstan) də güclü olub.

Bu, Xəlilovun ardıcıl 2-ci Avropa çempionluğudur. Yığmmanın lideri bir il öncə Rotterdamda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
idman.biz

1Mənbələr