AZ

UNRWA: Rafahdan 150 min insanın köç etdiyi təxmin edilir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

UNRWA: Rafahdan 150 min insanın köç etdiyi təxmin edilir

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi İsrailin bütün beynəlxalq xəbərdarlıqlara baxmayaraq, Rəfah şəhərinə quru hücumundan sonra şəhərdən 150 min fələstinlinin köç etdiyinin təxmin edildiyini açıqlayıb.



Bu barədəd Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Media Departamentindən Luis Vaterig sosial media platformasında verdiyi açıqlamada deyib.

UNRWA-nın Rəfahdakı hücumlardan 150 min nəfərin xilas olduğunu təxmin etdiyini bildirən Vaterig, "Cənubda Rəfahın mərkəzinə və Qəzzanın şimalında Cibaliyaya doğru yeni bölgələr üçün təxliyə əmrləri verilib" deyə qeyd edib.

Bu gün İsrail ordusu fələstinlilərdən Rəfah şəhərində və Qəzza zolağının şimalındakı bir çox digər bölgələrdə müəyyən edilmiş təhlükəsiz bölgələrə getmələrini istəyib.


Seçilən
106
1

1Mənbələr

Şərh ()
Bağla