AZ

"Məhəllə uşaqları" qalib oldu

"Sumqayıt" Futbol Klubu və Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində 8-10 may tarixləri arasında Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibəti ilə turnir keçirilib.

Rekord.az xəbər verir ki, 2012-ci il təvəllüdlü futbolçular arasında keçirilən və 3 gün davam edən turnirin qalibi adına "Məhəllə uşaqları" komandası yiyələnib.

"Görədil" kollektivi 2-ci, "Sumqayıt" Futbol Məktəbinin komandası isə 3-cü pilləni tutub. Yekunda turnirin mükafatçılarına diplom, medal, hədiyyələr, qalib komandaya isə çempionluq kuboku təqdim olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
rekord.az

1Mənbələr