AZ

İspaniyada minlərlə insan Fələstinə dəstək yürüşü keçirib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İspaniyada minlərlə insan Fələstinə dəstək yürüşü keçirib

İspaniyanın paytaxtı Madriddə minlərlə insan Fələstinə dəstək yürüşü keçirib.



İspaniyadakı qeyri-hökumət təşkilatlarının çağırışı ilə Madrid şəhər mərkəzində bir araya gələn ispanlar “Qəzzada soyqırımı və sionist qırğını lənətləyirik” başlığı ilə təşkil edilən nümayişə qatılıb.

Əllərində Fələstin bayraqları tutan minlərlə insan İsraili, ABŞ və Avropa İttifaqını (Aİ) əməkdaşlıq etdiklərinə görə tənqid edib.

Nümayişçilər İspaniya hökumətini və beynəlxalq ictimaiyyəti “İsrailə qarşı təcili, konkret və təsirli tədbirlər görməyə, İsraillə silah ticarətini dayandırmağa və qırğında iştirak edən İsrail şirkətlərini boykot etməyə” çağırıblar.

Bu arada İspaniyada 29 apreldə Valensiya Universitetində başlayan və daha sonra Bask, Navarra, Araqon, Əndəlus və Kataloniya kimi digər bölgələrdəki universitetlərə yayılan Fələstinə dəstək aksiyaları tələbələrin kampuslarda düşərgələr quraraq davam edir.


Seçilən
157
1

1Mənbələr

Şərh ()
Bağla