AZ

Tomat təzə pomidordan daha faydalıdır– Xərçəngdən müdafiə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.



Tomat şirəsi termiki işlənmədən keçsə də, qaynadılsa da təzə pomidordan daha faydalı olur.


“Medicina” xəbər verir ki, nutrisoloq Kseniya Uvarovkskaya xərçəngə qarşı pomidor şirəsinin düzgün hazırlanmasını açıqlayıb:

“Yetişmiş sulu pomidorlar doğranır, tumu çıxarılır və süzgəcdən keçirilir.
Kütləni 75-80 dərəcəyə qədər qızdırırlar ki, mikroorqanizmlər məhv olsun.
Bir qədər duz əlavə edilib bağlanılır.


Termoişlənmə pomidorda olan vitamin və mineralları daha da aktivləşdirir: A, B vitaminləri, maqniy, yod və s.
Likopin isə antixərçəng təsirlidir.

Likopen prostatit, prostat xərçəngi, sonsuzluq, qadınlarda yumurtalıq, süd vəzi şişlərini profilaktika edir.

Tomat pastası, pomidorla bağlı bütün bağlamalar, pomidor şirəsi immuniteti möhkəmləndirir, görməni itiləşdirir, həzmi yaxşılaşdırır.

Polip və şişlərə qarşı təsirlidir.

Tomat tromb və qan qatılaşmasına qarşıdır, pis xolesterini azaldır. Damar tutulması və buna bağlı infarkt və insultun qarşısı alınır.


Bu şirəni yağla birgə qəbul etmək lazımdır: zeytun yağı, qoz yağı, avokado, sarımsaq. Bunlar onun faydasını daha da artırır”.

Aygün M

Seçilən
102
2
1

1Mənbələr

Şərh ()
Bağla