AZ

Yunan mətbuatında Fatih Terimlə bağlı İDDİA: Bu tarixdə...

Yunanıstan nəhəngi "Panatinaikos"da Fatih Terimin dövrü başa çatmaq üzrədir.

BAKU.WS-in xəbərinə görə, yunan mətbuatı təcrübəli məşqçi ilə yollarının ayrılacağı tarixi açıqlayıb.

"Panatinaikos" Yunanıstan kubokunu qazansa belə, Fatih Terimlə yollarını ayırmaq qərarına gəlib.

Xəbərə görə, kubokun finalından sonra Yunanıstan komandası Terimlə ayrılığı elan edəcək.

Fatih Terimin gələn mövsüm komandanın başında qalma ehtimalının olmadığını bildirən məlumatda bildirilib ki, "Panathinaikos" prezidenti Cannis Alafouzosun göstərişi ilə texniki komitənin meneceri Cannis Papadimitriu yeni baş məşqçi axtarışlarını sürətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
3
baku.ws

4Mənbələr