AZ

"PSJ gələn mövsüm daha güclü olacaq"

PSJ-nin baş məşqçisi Luis Enrike komandadan ayrılacağını açıqlayan Kilian Mbappe haqda danışıb.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis ulduz futbolçunun gedişinin komandaya mənfi təsir etməyəcəyini bildirib:

"Hamımız Mbappenin PSJ-dən ayrılacağını bilirdik. Heç bir dəyişiklik yoxdur, bizim üçün hər şey eynidir. Mbappeyə uğurlar arzulayıram. Növbəti mövsümdə daha güclü olacağımıza inanıram. Sözlərimi yadınızda saxlayın. PSJ gələn mövsüm daha güclü olacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
1
sportal.az

2Mənbələr