AZ

“Ümümdünya Qızıl Xaç və Qızıl Aypara Günü” qeyd olundu -Fotolar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.



11 may 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF/IFRC), Beynəlxalq Qızıl Xaç Komitəsinin və Türk Kızılay Cəmiyyətinin Azərbaycan nümayəndəlikliərin birgə təşkilatçılığı ilə 8 may “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü”nə və Qarabağ İqtisadi zonasında həyata keçiriləcək fəaliyyətlər haqqında strateji müzakirəyə həsr olunmuş geniş tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç, Türk Kızılay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak iştirak ediblər.

Tədbirin əsas məqsədi son 5 ildə keçirilən fəaliyyətlər haqqında müzakirələr, 8 may “Ümümdünya Qızıl Xaç və Qızıl Aypara Günü”nün qeyd olunması, dörd təşkilatın birgə sıx əməkdaşlığı və AzQAC-ın Qarabağ İqtisadi zonasında növbəti illərdə müxtəlif istiqamətdə fəaliyyətlərinin təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan Novruz Aslanov hər kəsi AzQAC-ın rəhbərliyi, könüllüləri və Cəmiyyətin çoxsaylı üzvləri adından salamlayaraq, Hərəkatdaxili görülən işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar layihələr barədə danışdı. O, COVID-19 pandemiyası dövründə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və Türk Kızılay Cəmiyyəti tərəfindən göstərilən dəstəkləri xüsusi vurğuladı.

Daha sonra Novruz Aslanov tərəfdaşlarla AzQAC-ın 2021-2025-ci illər Strateji Planına uyğun olaraq, əsas istiqamətlərindən biri kimi AzQAC Qarabağ Regional Mərkəzinin və ona daxil olan şəhər, rayon bölmələrinin yenidən qurulması Cəmiyyət üçün prioritet məsələ olduğunu vurğuladı.

Natiqlər - Davron Muhammadiyev və Draqana Koiç da öz növbəsində iştirakçıları salamladılar və tərəfdaşlarla keçiriləcək humanitar əlaqələrin vacibliyindən danışdılar. Onlar da fəaliyyətlərin daha şəffaf və daha uğurlu olması üçün çalışacaqlarını bildirdilər.

Tədbir “Florens Naytingel” medalına layiq görülmüş Firuzə Əliyevanın çıxışıyla yadda qaldı. Firuzə xanım keçdiyi şərəfli yoldan söz açaraq, işlədiyi dövr ərzində üzləşdiyi çətinliklərdən bəhs etdi. Çıxışının sonunda Firuzə xanıma tədbirin təşkilatçılırına minnətdarlığını ifadə etdi.

Daha sonra Türk Kızılay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak BQXQACF/IFRC və AzQAC-ın birlikdə həyata keçirdikləri işlərdən və layihələrdən bəhs etdi, Türk Kızılay Cəmiyyətinin Azərbaycanda həyata keçirdiyi fəaliyyətləri xüsusi vurğuladı.

Sonda, tədbir iştirakçıları müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi apardılar, işci qrupunun yaradılması və s. təkliflər irəli sürdülər.

Tədbirin sonunda xatirə şəkli çəkildi.



Seçilən
178
1
1

1Mənbələr

Şərh ()
Bağla