AZ

De Bruyne Fabreqasa çatdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İngiltərə Premyer Liqasının 37-ci turunda “Fulhem”lə matçda “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruynenin müdafiəçi Josko Qvardiola uğurlu ötürməsi belçikalının bu yarışda 111-ci ötürməsi olub.

90deqiqe.Az xəbər verir ki, yarımmüdafiəçi ötürmələrinin sayını "Arsenal"ın sabiq yarımmüdafiəçisi Sesk Fabreqasın ötürmələrinin sayını bərabərləşdirib. Onlar hazırda İngiltərə çempionatında bu göstəricidə 162 məhsuldar ötürmə edən keçmiş “Mançester Yunayted” futbolçusu Rayan Giqqzdən sonra ikinci yeri tuturlar.

Xatırladaq ki, De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 378 matçda iştirak edib, 102 qol vurub, 168 məhsuldar ötürmə edib.



Seçilən
206
1

1Mənbələr

Şərh ()
Bağla