AZ

“Beyaz Show” ekranlara qayıdır?

Türkiyənin məşhur televiziya proqramı "Beyaz Show" yenidən ekranlara qayıda bilər. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Beyazıt Öztürk danışıb. 

Artıq sosial məsuliyyət layihələrinə töhfə vermək üçün səhnəyə çıxacağını bildirən Beyaz, "İllərdir camaat məni alqışladı və bugünkü vəziyyətə gətirdi. İndi xalqdan aldığımı geri qaytarmağın vaxtıdır. İnsanlara faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Bu yolla uzun illərdir gedə bilmədiyim bütün Türkiyəni gəzib insanlara toxunmaq istəyirəm",- deyib. 

"Beyaz Show" ilə uzun illər zirvədə qalan məşhur, uğurunun sirrini açıqlayıb: "Bütün karyeram boyunca Cem Yılmazın məndən daha gülməli, Yılmaz Ərdoğanın məndən daha yaxşı yazıçı olduğunu, Ata Dəmirer və Şahan Gökbakarın məndən daha yaxşı rejissor olduğunu qəbul etdim və özümə "Bəs sən nəsən?" deyə soruşdum. Mənim sirrim səmimiyyətdir. Bu xüsusiyyətinə görə tamaşaçılar məni proqramın yayımlandığı müddətdə ailələrinin bir üzvü kimi gördülər".

Poqramın yenidən efirlərə qayıdıb-qayıtmayacağı sualını cavablandıran 55 yaşlı aparıcı ekranda olmaq istədiyini bildirib: "Beyaz Show"dan o qədər yaxşı yerdə ayrıldım ki, verilişi hamı yaxşı xatırlayır. İndi bunu təkrar etsəydim, məzmunu zənginləşdirməli olardım. Əks halda, eyni şeyi kimsə üçün təkrarlamağın mənası yoxdur".

Qeyd edək ki, "Beyaz Show" 22 il yayımlanıb. Belə ki, ilk dəfə 1996-cı ildə "Kanal D" yayımlanan proqram 2000-2001-ci illərdə "Star TV"də ekranlara gəlib. 2001-ci ildən yenidən əvvəlki kanala dönüş edib. 2018-ci ildə isə final edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
4
milli.az

5Mənbələr