AZ

Ömrü 5 il uzatmağın yolu tapıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.



Ömrün uzunluğu genetikadan çox asılıdır. Bunun üçün sehrli dərman və ya çubuq yoxdur. Çox yaşamaq üçün əmək vermək lazımdır.


“Medicina” xəbər verir ki, Çin və Edinburq universitetinin alimləri genlərdən asılı olmadan ömrü 5 il uzatmağın yolunu tapıb təqdim ediblər.

Onlar 5 il ərzində 350 min insanın məlumat arxivini təhlil edib: həyat tərzi, sosial statusu, genetika, xəstəliklərini araşdırıblar.

Sağlam həyat tərzi, fiziki aktivlik, hər gün məşq, siqaret və içkidən imtina əhəmiyyətli dərəcədə ömrün qısalmasının və erkən ölüm riskini azalda bilir.
Bütün bunlar genetik təsirdən də asılı olmadan təsir edir.

Hətta yüksək genetik riski olan insanlarda da belə həyat tərzi ilə 40 yaşdan sonra ömrü təxminən 5-6 il uzatmaq mümkündür.


Sağlam həyat tərzinə biganə olanlarda isə hətta yaxşı genləri olsa da erkən qocalma və ölüm 78% yüksək olur.

Aygün Musayeva

Seçilən
48
1

1Mənbələr

Şərh ()
Bağla