AZ

HƏMAS-dan Rəfah açıqlaması

İsrail ordusunun “Rəfah” sərhəd-buraxılış məntəqəsinə nəzarəti ələ keçirməsi və 5 gün bağlı saxlamasının mənfi təsirləri olacaq.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS Teleqram hesabında məlumat yayıb.

“Bu, mühasirədə olan Qəzza zolağında humanitar fəlakətdən və aclığın getdikcə pisləşməsindən xəbər verir. Bütün bunlara görə "soyqırım və aclıq müharibəsi” aparan, eyni zamanda “etnik təmizləmə cinayəti törədən” İsrail məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatı (BMT) və qurumları bu humanitar fəlakəti dayandırmaq üçün təcili tədbirlər görməyə, İsraili hücumlarını dayandırmağa çağırırıq. Eyni zamanda tələb edirik ki, İsrail ordusu “Rəfah”sərhəd-buraxılış məntəqəsindən geri çəkilməli, sərhədi yenidən açmalı və təcili yardımların çatdırılmasını asanlaşdırmalıdır”, - məlumatda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
axar.az

1Mənbələr