AZ

"Bayer"dən azarkeşlərinə jest: Bu unikal mövsümü pulsuz əbədiləşdirin

"Bayer Leverkuzen" azarkeşlərinə Bundesliqadakı ilk çempionluği və məğlubiyyətsizlik seriyasını qeyd etmək üçün pulsuz döymələr təklif edib.

Publika.az xəbər verir ki, klub tato təklifini “xüsusi mövsümün sonunda xüsusi promosyon” adı altında paylaşıb. "Bayer" pərəstişkarlarına mövsümün sonuna qədər təklif olunan döymələrdən birini pulsuz seçmək imkanı təklif edir: “Bu unikal mövsümü dərinizdə əbədiləşdirmək üçün sifariş edin”.

Qeyd edək ki, Xabi Alonsonun komandası bütün yarışlarda məğlubiyyətsizoyunlar seriyasını 49 oyuna çatdıraraq "Benfika"nın 59 illik Avropa rekordunu qırıb.

“Bayer” Bundesliqa çempionluğu ilə yanaşı daha iki titul qazana bilər. Söhbət finalına yüksəldikləri Almaniya kuboku və Avropa Liqasından gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
publika.az

1Mənbələr