AZ

Enrike Simons haqqında danışmaqdan imtina edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

PSJ-nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçi Xavi Simonsun gələcəyi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı futbolçunun parislilərdə qalacağını bildirib.

 “Simons qalacaq? Şərhsiz. O, icarədədir və mən hazırkı heyətə daxil olmayan futbolçular haqda şərh vermək fikrində deyiləm”, – jurnalist Fabrizio Romano Enrikedən sitat gətirir.

Xatırladaq ki, 21 yaşlı futbolçu cari mövsümü icarə əsasında “RB Leypsiq”də keçirir.

Bu mövsüm hollandiyalı bütün turnirlərdə 42 oyun keçirib, 9 qol vurub və 15 məhsuldar ötürmə edib. Simonun PSJ ilə əmək müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.



Seçilən
177
1

1Mənbələr

Şərh ()
Bağla