AZ

"Napoli"nin Xviça ilə bağlı planı var

"Napoli" PSJ-nin ciddi marağına baxmayaraq, yay transfer pəncərəsində yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı satmaq fikrində deyil.

90deqiqe.Az xəbər verir ki, Neapol klubu gürcü oyunçu  ilə yeni müqavilə ilə bağlı danışıqları davam etdirməyə hazırlaşır.

Qeyd olunur ki, tərəflər yeni əmək müqaviləsinə müəyyən məbləğə alış opsiyasının daxil edilməsi barədə razılığa gələ bilərlər.

2023/2024 mövsümündə Kvaratsxeliya 42 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə verib. Transfermarkt portalı 23 yaşlı futbolçuya 80 milyon avro qiymət qoyub.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
90deqiqe.az

1Mənbələr