AZ

Azərbaycan cüdo tarixində ilk

Polşada cüdo üzrə Avropa kata turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisi də iştirak edib.

İsmayıl Rzayev (tori) və İbrahim Aslanov (uke) böyüklər arasında “Nage-no-Kata” üzrə mübarizə aparıblar. Onlar yarışı 353,5 xalla başa vurublar.

Bu, cüdoçularımıza bürünc medal qazandırıb. Azərbaycan cüdo tarixində ilk dəfə idmançılarımız katada medal əldə ediblər.

Qeyd edək ki, turnir Radom şəhərində baş tutub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
idman.biz

1Mənbələr