AZ

AFFA-nın keçmiş rəhbərliyi vəzifəyə yeni gələnləri o qədər "yükləyib" ki… VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

«AFFA bunu həll etməlidir».

Futbol eksperti Emin Abbasov federasiyanın yeni rəhbərliyinə səslənib.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində təbii qazon probleminə diqqət çəkib.

Tanınmış teleşərhçi bildirib ki, bir ot örtüyünə malik meydançanın aylıq su təminatı 6000 manata başa gəlir.

Abbasov bildirib ki, bu, kifayət qədər böyük rəqəmdir və AFFA müvafiq dövlət qurumları ilə danışıqlar apararaq, klublar üçün güzəşt əldə etməlidir.

Ekspert söyləyib ki, ümumiyyətlə, apreldən bu tərəfə federasiyada görəvdə olan rəsmilər bir çox problemlərlə «yüklənib».

Çünki onlardan qabaq qurumun başında olan şəxslər mövcud çatışmazlıqların həlli istiqamətində əməli addımlar atmayıblar, vaxtı boşa veriblər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
128
1

1Mənbələr

Şərh ()
Bağla